Oğuzda marketdə son istifadə müddəti bitmiş məhsullar aşkar edilib

Oğuzda marketdə son istifadə müddəti bitmiş məhsullar aşkar edilib Oğuzda fəaliyyət göstərən marketdə son istifadə müddəti bitmiş məhsullar aşkar edilib.
Sağlamlıq
5 İyul , 2022 10:56
Oğuzda marketdə son istifadə müddəti bitmiş məhsullar aşkar edilib

Oğuzda fəaliyyət göstərən marketdə son istifadə müddəti bitmiş məhsullar aşkar edilib.

Bu barədə "Report"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Oğuz şəhəri, Cavanşir küçəsi, ev 46 ünvanında fəaliyyət göstərən, Əliyev Əli Hətəm oğluna məxsus marketdə aparılmış plandankənar yoxlama zamanı son istifadə müddəti bitmiş qida məhsullarının (“Koroleva” əmtəə nişanlı un məmulatı, “Qidam” əmtəə nişanlı xörək duzu) satışının həyata keçirildiyi aşkar edilib. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi