Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq Nigar Həsənova uşaqlarda göz çəpliyinin müalicə üsullarından danışıb.
“Report” xəbər verir ki, o, uşaqlarda çəpliyin əksər hallarda əməliyyatsız müalicə olunduğunu bildirib.
Cəmi 20 faiz hallarda əməliyyata ehtiyac yarandığını deyən həkimin sözlərinə görə, hər yaş kateqoriyasının özünəməxsus göz xəstəliyi ola bilər.
Mütəxəssis yeni doğulmuşlardan 17 yaşa qədər göz patologiyasının yarana biləcəyinin mümkünlüyü söyləyib.
"Bəzən valideynlər təlaşlı şəkildə bizə çəpliklə bağlı müraciətlər edirlər. Mən demək istərdim ki, həmin anda təlaşa düşməyə ehtiyac yoxdur. Biz əvvəlcə müayinə edirik. Çəplik əməliyyatı isə lazım olduğu zaman edilir", - həkim N.Həsənova əlavə edib.