Nikotini bədəndən çıxaran meyvə və tərəvəzlər

Nikotini bədəndən çıxaran meyvə və tərəvəzlər Nikotini bədəndən çıxarılmasına kömək edən meyvələr məlum olub.
Sağlamlıq
30 May , 2021 06:46
Nikotini bədəndən çıxaran meyvə və tərəvəzlər

Nikotini bədəndən çıxarılmasına kömək edən meyvələr məlum olub.

“Report” xəbər verir ki, bu barədə narkoloq Vadim Zubetski “NovostiUA.net” portalına məlumat verib. Onun sözlərinə görə, yerkökü və kələm nikotinə qarşı mübarizə aparır:

“Nikotin bədəndə C vitamininin səviyyəsini aşağı salır. Eyni zamanda, brokoli vitamin ehtiyacını artırmaq və maddələr mübadiləsini sürətləndirməklə yanaşı ağ ciyərləri də toksinlərdən qoruya bilir. Bu tərəvəzdə ağciyər hüceyrələrini zərərli maddələrdən qoruyan NRF2 geni də var. Portağallar da bədəndəki C vitamini səviyyəsini də artırmağa kömək edir”.

Həkim əlavə edib ki, ispanağın tərkibində folik turşusu və ya nikotini bədəndən çıxaran B9 vitamini var. Bundan başqa nikotinə asılılığı azaltmaq üçün çiy zəncəfil istifadəsini də məsləhətdir. Quşüzümünün içərisində olan turşu da nikotini qandan tez çıxarır.

“Limonlar da faydalıdır. Siqaret çəkirsinizsə, zərərli maddələr bədəninizdə üç gün qalır və dəri hüceyrələrinə və məsamələrə zərər verir. İmmunitet sisteminizə və dərinizə limonla kömək edin”.

Son xəbərlər

Orphus sistemi