Nigeriyada koronavirusa qarşı 2 vaksin hazırlandı

Nigeriyada koronavirusa qarşı 2 vaksin hazırlandı Nigeriyada koronavirus xəstəliyinə qarşı iki peyvənd dərmanı hazırlanaraq klinik sınaqlara təqdim olunub
Sağlamlıq
206
23 Mart , 2021 13:04
Nigeriyada koronavirusa qarşı 2 vaksin hazırlandı

Nigeriyada koronavirus xəstəliyinə qarşı iki peyvənd dərmanı hazırlanaraq klinik sınaqlara təqdim olunub.

“Report” “Vanguard”a istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin COVID-19 ilə bağlı yaratdığı İşçi Qrupun rəhbəri, federal hökumət katibi Boss Mustafa Abucada brifinqdə deyib.

“Nigeriyalı alimlərin hazırladığı COVID-19-a qarşı azı iki peyvənd dərmanının klinik sınaqlarını və sertifikat almasını gözləməsi əlamətdardır. Bu gözəl hadisə elmi sıçrayışda yeni üfüqlər açaraq ölkənin tibb sənayesinin ovqat və imicini yüksəldəcək”, – o bildirib.

Hökumət nümayəndəsi rəsmi qurumları “başqa tədqiqatçıları də həvəsləndirmək üçün” dərmanların lazımi sertifikat almasına müvafiq dəstək göstərməyə çağırıb.

İşçi qrupun rəhbəri həmçinin Oksford – “Astra Zeneca” dərmanından 300 min doza aldıqlarını söyləyib.

Qeyd edək ki, koronavirusa qarşı peyvəndə bu il martın 5-dən başlandığı Nigeriyada indiyədək bütövlükdə 161 402 nəfər koronavirusa yoluxub, onların 2 027 nəfəri ölüb.

Son xəbərlər

Orphus sistemi