Niderlandda "omikron" ştamının yeni alt növü müəyyən edilib

Niderlandda "omikron" ştamının yeni alt növü müəyyən edilib Niderlandda, eyni zamanda "kentavr" kimi tanınan "omikron" BA.2.75 koronavirus ştamının alt növü müəyyən edilib.
Sağlamlıq
13 iyul 2022 18:59
Niderlandda omikron ştamının yeni alt növü müəyyən edilib

Niderlandda, eyni zamanda "kentavr" kimi tanınan "omikron" BA.2.75 koronavirus ştamının alt növü müəyyən edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə və Ətraf Mühit İnstitutu məlumat yayıb.

Alt növ iyunun 26-da götürülmüş nümunələrdə aşkar edilib. Nə qədər insanın buna yoluxduğu barədə məlumat verilmir.

Bu variant əvvəllər Avstraliya, Böyük Britaniya, Almaniya, Hindistan, Kanada, Yeni Zelandiya, ABŞ və Yaponiyada tapılıb. İlkin məlumatlara görə, BA.2.75 variantı immun sisteminə qalib gəlmək qabiliyyətinə malikdir və daha yoluxucu ola bilər.

Son xəbərlər

Orphus sistemi