Nazirlik uşaqların COVID-19-a qarşı peyvənd olunmamasının səbəbini açıqlayıb

Nazirlik uşaqların COVID-19-a qarşı peyvənd olunmamasının səbəbini açıqlayıb "Uşaqlar arasında vaksinasiya aparılmır, çünki onlar risk qrupuna aid deyil"
Sağlamlıq
244
11 Fevral , 2021 15:50
Nazirlik uşaqların COVID-19-a qarşı peyvənd olunmamasının səbəbini açıqlayıb

“Koronavirusun yeni ştammının yayılması hələ davam edəcək. Hələ ki, mutasiyalarda virusun yayılma sürətinin artması müşahidə olunub. Onların uşaqlar arasında daha təhlükəli olması məsələsi müəyyən olunmayıb”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O qeyd edib ki, uşaqlar arasında vaksinasiya aparılmır, çünki onlar risk qrupuna aid deyil: “Bundan sonra da gigiyenik qaydalara ciddi əməl olunmalıdır. Uşaqların spirtdən çox istifadəsinə gəlincə, onların dərisi daha incədir. Spirtdən lazımi qədər istifadə olunmalıdır”.

Son xəbərlər

Orphus sistemi