Nazirlik: Nikaha daxil olmaq istəyən 9 nəfərdə QİÇS, 49 nəfərdə sifilis aşkar olunub

Nazirlik: Nikaha daxil olmaq istəyən 9 nəfərdə QİÇS, 49 nəfərdə sifilis aşkar olunub Fevral ayında nikaha daxil olmaq istəyən 10541 nəfər tibbi müayinədən keçirilib
Sağlamlıq
7 Mart , 2017 13:09
Nazirlik: Nikaha daxil olmaq istəyən 9 nəfərdə QİÇS, 49 nəfərdə sifilis aşkar olunub

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan bu ilin fevral ayının sonuna qədər 249 050 nəfər müayinədən keçib.

Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, fevral ayında müayinədən keçən 440 nəfərdə talassemiya daşıyıcılığı, 49 nəfərdə sifilis, 9 nəfərdə isə QİÇS aşkar olunub.

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Son xəbərlər

Orphus sistemi