Nazirlik: Səhiyyə sahəsinin kadrları günümüzün tələblərinə uyğun çalışır

Nazirlik: Səhiyyə sahəsinin kadrları günümüzün tələblərinə uyğun çalışır Gəncədə region üzrə baş verən uşaq ölümləri təhlili aparılıb
Sağlamlıq
15 Yanvar , 2018 10:37
Nazirlik: Səhiyyə sahəsinin kadrları günümüzün tələblərinə uyğun çalışır
Report

Bakı. 15 yanvar. REPORT.AZ/ Gəncə şəhər Səhiyyə İdarəsində "Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş Tədbirlər Planı"na həsr edilmiş tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev, Səhiyyə Nazirliyinin Tibbi-Yardım şöbəsinin əməkdaşı Nərgiz Şərifova, Pediatriya İnstitutunun neonotoloji şöbəsinin müdiri Adilə Hacıyeva və səhiyyə işçiləri iştirak ediblər.

Müşavirənin əsas məqsədi ölkədə uşaq ölümlərini azaldaraq birrəqəmli səviyyəyə çatdırmaq və bu göstəriciləri dünyanın ən inkişaf etmiş ölkələrinin sırasına çatdırmaqdan ibarət olub. "Səhiyyə sahəsində xidmət göstərən kadrlar günümüzün tələblərinə uyğun olaraq çalışır və gələcək nəslin sağlamlığını qorunması dəstək göstərilir", - tədbirdə qeyd edilib. Bildirilib ki, keçən 25-30 il ərzində ölkədə körpə və uşaq ölüm göstəricisi üç dəfəyə qədər azalıb.

Müşavirədə həmçinin 2017-ci il ərzində region üzrə baş vermiş uşaq ölümləri təhlili aparılıb, prioritetlər müəyyənləşdirilib risk qrupunda olan hamilə qadınların sağlamlıq vəziyyətinin müzakirəsi, həmçinin vaxtında doğuşayardım müəssisələrinə göndərilərməsi müzakirə olunub.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin 11.10.2017-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq olunan "Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş Tədbirlər Planı"na uyğun regional müşavirələr ölkənin digər bölgələrində də keçirilib.

Son xəbərlər

Orphus sistemi