Nazirlik rəsmisi: "Bakı Şəhər İcra Hakimiyyəti zirzəmilərdəki suyun təmizlənməsi ilə bağlı lazımi tədbilər görmür"

Nazirlik rəsmisi: "Bakı Şəhər İcra Hakimiyyəti zirzəmilərdəki suyun təmizlənməsi ilə bağlı lazımi tədbilər görmür" Bu günə qədər Bakı şəhərində 236-dan çox binanın zirzəmisinin su ilə dolu olduğu aşkar edilib
Sağlamlıq
119
18 Yanvar , 2017 12:28
Nazirlik rəsmisi: Bakı Şəhər İcra Hakimiyyəti zirzəmilərdəki suyun təmizlənməsi ilə bağlı lazımi tədbilər görmür

Bakı. 18 yanvar. REPORT.AZ/ "Bu günə qədər Bakı şəhərində 236-dan çox binanın zirzəmisinin su ilə dolu olduğu aşkar edilib".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov qurumun illik hesabat toplantısında deyib.

O bildirib ki, bir sıra ərazilərdə zirzəmilərin məişət çirkabları və qarışıq qrunt suları ilə dolması barədə mərkəzə mütəmadi şəkildə məlumat daxil olur: "Bununla bağlı aprel-may aylarında müayinələr keçirilib. Ötən ilin əvvəlində Daxili İşlər Nazilriyinə müvafiq məktub göndərmişik. Bu günə qədər paytaxtda 236-dan artıq sulu zirzəmi aşkarlanıb".

Şöbə müdirinin sözlərinə görə, su nümunələrinin tədqiqatı nəticəsində zirzəmilərdə qrunt, bir qismində məişət çirkab suları (kanalizasiya), digər qismində isə kommunikasiya xətlərinin nasaz olması səbəbindən məişət və qrunt sularının qarışığı aşkar edilib: "Bununla bağlı Bakı Şəhəri İcra Hakimiyyətinə geniş arayış təqdim olunub. Su ilə dolu olan zirzəmilər daha çox Qaradağ, Xətai, Nizami və Binəqədi rayonlarında aşkar olunub".

Z.Kazımov deyib ki, son vaxtlar iqlim dəyişikliyi ilə əlaqədar yağıntıların çox olması belə zirzəmilərin sayının artmasına gətirib çıxaracaq: "Bizim tərəfimizdən lazımi sənədlər müvafiq icra hakimiyyəti orqanı qarşısında bu məsələni qaldırırıq, təbii ki, onlar da dərhal qabaqlayıcı tədbirlər həyata keçirilməlidir. Əfsus ki, bu işlər həyata keçirilmir".

Son xəbərlər

Orphus sistemi