Nazirlik Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

Nazirlik Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib Səhiyyə Nazirliyi Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.
Sağlamlıq
214
10 İyun , 2021 12:02
Nazirlik Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

Səhiyyə Nazirliyi Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən "Report"a bildirilib ki, həmin ölkəyə səfər edənlər ehtiyatlı olmalıdır.

"Küveyt hökumətinin mayın 2-də tətbiq etdiyi qaydalara əsasən, həkim resepti olmadan “Lyrica” və “Neurontin” dərman vasitələrindən istifadə edənlər 5 ilə qədər azadlıqdan məhrum olunacaq. Həmin dərman vasitələrin qeyri-qanuni satışı ilə məşğul olanların isə 10 il müddətində həbs olunacağı ilə bağlı xəbərdarlıq edilib", - nazirlikdən qeyd olunub.

Son xəbərlər

Orphus sistemi