Nazirlik İİV-ə yoluxma şübhəsi olan şəxsləri ən azı ildə iki dəfə müayinədən keçməyə çağırıb

Nazirlik İİV-ə yoluxma şübhəsi olan şəxsləri ən azı ildə iki dəfə müayinədən keçməyə çağırıb "Hər bir şəxsin yoluxma şübhəsindən asılı olmayaraq, ən azı ildə iki dəfə İİV müayinəsindən keçməsi tövsiyə olunur".
Sağlamlıq
23 iyun 2023 07:47
Nazirlik İİV-ə yoluxma şübhəsi olan şəxsləri ən azı ildə iki dəfə müayinədən keçməyə çağırıb

"Hər bir şəxsin yoluxma şübhəsindən asılı olmayaraq, ən azı ildə iki dəfə İİV müayinəsindən keçməsi tövsiyə olunur".

"Report"un xəbərinə görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova deyib.

Həkimin sözlərinə görə, xəstəliklə mübarizədə ən əsas şərt profilaktik tədbirlərin həyata keçirilməsidir: "Unutmamalıyıq ki, profilaktika hər zaman müalicədən daha üstündür. Riskli davranışlardan çəkinmək, pis vərdişlərdən uzaq olmaq, gigiyenik qaydalara əməl etmək, maariflənməklə biz özümüzü və ətrafımızdakıları İİV-ə yoluxmadan qoruya bilərik".

"Tövsiyə olunur ki, hər bir şəxs yoluxma şübhəsindən asılı olmayaraq, ən azı ildə iki dəfə İİV müayinəsindən keçsin. Müayinələr Mərkəzdə və regional laboratoriyalarda anonim qaydada və ödənişsiz olaraq həyata keçirilir. Eyni zamanda, müayinədən keçən şəxslər üçün Mərkəzin mütəxəssisləri tərəfindən ödənişsiz konsultasiya aparılır, xəstəliyə yoluxma yolları izah olunur, pre və postkontakt profilaktika barədə məlumatlar verilir. Əgər bir şəxsin İİV-ə yoluxma şübhəsi varsa, müayinələrdən keçdikdən sonra yoluxma riski mütəxəssis tərəfindən qiymətləndirilir. 72 saatdan gec olmayaraq ona postkontakt profilaktika təyin olunur", - G.Cəfərova vurğulayıb.

Son xəbərlər

Orphus sistemi