Nazirlik: Bakıda baş verən yanğın zamanı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib

Nazirlik: Bakıda baş verən yanğın zamanı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib Səhiyyə Nazirliyi Bakının Səbail rayonunda yaşayış binasında baş verən yanğın zamanı xəsarət alan şəxslərin durumunu açıqlayıb.
Sağlamlıq
4 Sentyabr , 2019 14:47
Nazirlik: Bakıda baş verən yanğın zamanı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib

Səhiyyə Nazirliyi Bakının Səbail rayonunda yaşayış binasında baş verən yanğın zamanı xəsarət alan şəxslərin durumunu açıqlayıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, həmin binada yaşayan Sabir Xubanov öz avtomobili ilə oğlu Anar Xubanovu 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirib.

Hər ikisinin xəsarətləri yüngül olduğundan ilkin yardımdan sonra ambulator müalicəyə buraxılıblar: “Bu gün Sabir Xubanovun həyat yoldaşı Zibeydə Xubanova 5 saylı xəstəxanaya müraciət edib. Xəstəxanadan verilən məlumata görə Zibeydə Xubanova palataya yerləşdirilib, müalicəsi davam edir. Xubanovlar xəstəxanaya özləri müraciət etdiklərindən Təcili Tibbi Yardım briqadasının məlumatında adları qeyd edilməyib”.

Son xəbərlər

Orphus sistemi