Dövlət Agentliyinin sədri: "Vəsaitlərə qənaət edə bilərik"

Dövlət Agentliyinin sədri: "Vəsaitlərə qənaət edə bilərik" "Yeni innovativ texnologiyalarının inkişafını nəzərə alaraq əhaliyə göstərilən tibbi xidmətlərin təşkili yüksələ və vəsaitlərə qənaət oluna bilər".
Sağlamlıq
3 Noyabr , 2022 10:28
Dövlət Agentliyinin sədri: Vəsaitlərə qənaət edə bilərik

"Yeni innovativ texnologiyaların inkişafını nəzərə alaraq əhaliyə göstərilən tibbi xidmətlərin təşkili yüksələ və vəsaitlərə qənaət oluna bilər".

"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

O, son 10 ildə yeni tibb müəssisələrinin inşası və maddi-texniki bazanın gücləndirilməsinin göz önündə olduğunu bildirib. Sədr deyib ki, ən mühüm islahatlardan biri də icbari tibbi sığorta sisteminin ölkədə tətbiqi ilə bağlıdır.

Z.Əliyev qeyd edib ki, vəsaitlərin daha səmərəli istifadə olunması başlıca hədəflərdəndir: "İxtisaslaşmış beynəlxalq sərginin aparılması qarşıya qoyulan məqsədə nail olmağa dəstək olacaq. Özəl və dövlət tibb müəssisələri bir-birinə dəstək ola bilərlər. Yeni innovativ texnologiyaların inkişafını nəzərə alaraq əhaliyə göstərilən tibbi xidmətlərin təşkili də yüksələ bilər. Eyni zamanda, vəsaitlərə də qənaət edə bilərik. Bununla da qənaət edilən vəsait hesabına Xidmətlər Zərfi çərçivəsində əhalinin digər tibbi xidmətlərinə sərf edə bilərik".

Son xəbərlər

Orphus sistemi