“Son vaxtlar “patı” bəlası çoxalıb. Son zamanlar insanlar xroniki stress durumunda yaşayırlar. Psixi zəif və daxilən buna qarşı çıxa bilməyənlər bu zəhərdən istifadə edirlər. Bütün narkoloji xəstəxana və müəssisələrimiz tam gücü ilə işləyir”.
"Report" xəbər verir ki, bunları səhiyyə nazirinin birinci müavini Teymur Musayev “Real TV”yə müsahibəsində deyib.
O qeyd edib ki, aidiyyəti qurumlarla sıx əməkdaşlıq edilir: "Bazara yeni narkotik vasitələr daxil olur və çox qısa zamanda aludəçilik yaranır. Hər hansı ailədə belə şəxs varsa, ona dərhal dəstək olmaq lazımdır. Lazımi müalicəyə cəlb etməyə təşəbbüs göstərmək mütləqdir. Yüzlərlə insan bu bəladan qurtularaq reabilitasiya dövrünü yaşayır".