Bakı. 28 sentyabr. REPORT.AZ/ "Azərbaycanda yaxın gələcəkdə publik hüquqi şəxs statusu alacaq xəstəxanaların ilkin siyahısı hazırlanıb. Belə ki, ilk olaraq 70 müəssisənin bu statusu alması nəzərdə tutulub və sonradan onların sayı artırılacaq".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda dövlət tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması mərhələli şəkildə həyata keçiriləcək.
Ötən ildən başlayaraq ölkədə icabri tibbi sığortanın tətbiqinə başlanıldığını xatırladan nazir müavini qeyd edib ki, pilot layihənin tətbiq olunduğu xəstəxanalar özəl yox, dövlət tibb müəssisələridir: “Həmin müəssisələr də publik hüquqi şəxsə çevrilməlidir. Çünki Azərbaycanda dövlət tibb müəssisələri 10 ildən artıqdır ki, əhaliyə pulsuz xidmət göstərir. Onların da sığortaya xidmət göstərmələri üçün publik hüquqi şəxs statusu olmalı və xüsusi hesabları açılmalıdır".