Nazir müavini: "Hazırda Azərbaycanda 550 mindən çox insan peyvənd olunub"

Nazir müavini: "Hazırda Azərbaycanda 550 mindən çox insan peyvənd olunub" "Azərbaycan Çinlə səmərəli əməkdaşlıq edir"
Sağlamlıq
145
1 Aprel , 2021 13:37
Nazir müavini: Hazırda Azərbaycanda 550 mindən çox insan peyvənd olunub
Viktor Qasımov

“Azərbaycan Çinlə səmərəli əməkdaşlıq edir və bu gün bunun bariz nümunəsini görürük. Virusla mübarizədə ən effektiv üsul peyvəndləmədir”.

“Report” xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini Viktor Qasımov Çindən Azərbaycana növbəti vaksin partiyasının gətirilməsi zaman deyib.

Onun sözlərinə görə, hazırda 550 mindən çox insan peyvənd olunub: “Vaksinasiyasını sürətləndirmək üçün 5 milyon dozalıq peyvəndin mərhələli gətirilməsi prosesi davam edir. Bu gün 500 min doza gətirildi. Nə qədər sürətli peyvəndləmə davam etsə, ölkədə epidemioloji vəziyyət stabilləşə bilər”.

Son xəbərlər

Orphus sistemi