"Azərbaycanda aparılan vaksinasiya prosesi dünyada aparılan uğurlu vaksinasiya kampaniyalarından biridir".
Bunu "Report"a açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev deyib.
"Artıq qarşıya qoyulan məqsədə uyğun olaraq, əhalinin 60 faizindən çoxu hər iki doza vaksini alıb. İkinci dozadan 6 ay keçən insanları aktiv olaraq buster dozanı qəbul etməyə dəvət edirik və burada heç bir sıxıntı yoxdur", - o vurğulayıb.