Naxçıvanda yüzdən çox bitkidən istifadə etməklə dərmanlar hazırlanır

Naxçıvanda yüzdən çox bitkidən istifadə etməklə dərmanlar hazırlanır AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları 800-ə qədər faydalı və müalicəvi təsiri olan dərman bitkisi aşkarlayıblar
Sağlamlıq
6 Yanvar , 2017 14:32
Naxçıvanda yüzdən çox bitkidən istifadə etməklə dərmanlar hazırlanır

Bakı. 6 yanvar. REPORT.AZ/ AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları muxtar respublika ərazisinə təşkil etdikləri ekspedisiyalar vasitəsilə 800-ə qədər faydalı və müalicəvi təsiri olan dərman bitkisi aşkarlayıblar.

"Report" xəbər verir ki, bu barədə AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi məlumat verib.

Dərman bitkilərinin yayılma zonaları müəyyənləşdirilib, tərkibindəki bioaktiv maddələr aşkarlanıb.

Müəyyən olunub ki, müalicəvi təsiri olan dərman bitkilərinin 30 növü rəsmi dərman bitkisi olmaqla bərabər, həm də təbii ehtiyatı çoxdur.

Bu istiqamətdə aparılan tədqiqatların nəticəsi olaraq “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” adlı kitab nəşr edilib. Hazırda institutun bir qrup əməkdaşı gigiyenik qaydada, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilməsi üçün xüsusi təcrübələrlə yoxlanılmış reseptlər əsasında təqribən yüzdən çox bitkidən istifadə edərək dərman bitkisi qarışığı hazırlayır. Bu dərmanların Naxçıvan yeni qutularda satışına start verilib.

Qeyd edək ki, hazırlanan dərman bitkilərinin qarışıqları hələlik 16 adda - ürək və qan-damar sistemi, mədə-bağırsaq, qaraciyər, duzlaşma, şəkər və digər xəstəliklərin müalicəsində istifadə olunur. 

Son xəbərlər

Orphus sistemi