Naxçıvanda 40349 şagird tibbi müayinədən keçirilib

Naxçıvanda 40349 şagird tibbi müayinədən keçirilib 1769 nəfər dispanser qeydiyyatına götürülüb
Sağlamlıq
28 Aprel , 2017 10:09
Naxçıvanda 40349 şagird tibbi müayinədən keçirilib

Bakı. 28 aprel. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının tam orta məktəblərinin şagirdləri arasında yaz mövsümü ilə əlaqədar aparılan profilaktik müayinələr başa çatıb.

Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ümumilikdə 40 min 349 şagird tibbi müayinəyə cəlb olunub.

Nazirlikdən bildirilib ki, müayinələri aparmaq üçün ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib.

Müayinələrin sonunda 1769 nəfər dispanser qeydiyyatına götürülüb. 

Son xəbərlər

Orphus sistemi