Naxçıvanda 22 açıq ürək əməliyyatı icra olunacaq

Naxçıvanda 22 açıq ürək əməliyyatı icra olunacaq Naxçıvanda Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən regional elmi-təcrübi konfrans başlayıb
Sağlamlıq
7 May , 2016 16:55
Naxçıvanda 22 açıq ürək əməliyyatı icra olunacaq

Bakı. 7 may. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında (MR) ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən "Ürək-damar xəstəliklərinin bu günü və gələcəyi" mövzusunda VI regional elmi-təcrübi konfrans başlayıb.

Bu barədə "Report"a məlumat verən Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, ürək-damar cərrahı Rəşad Mahmudov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd bu sahədə olan mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsinin aparılmasıdır.

R.Mahmudov qeyd edib ki, konfrans çərçivəsində Naxçıvanda 22 açıq ürək əməliyyatının icrası nəzərdə tutulub.

Qeyd edək ki, konfrans Azərbaycan və Naxçıvan MR-in Səhiyyə Nazirliyi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir. 

Son xəbərlər

Orphus sistemi