Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə”də dəyişiklik edib.
"Report" xəbər verir ki, dəyişikliyə əsasən, narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslər narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda və ya narkomanlıq xəstəliyindən müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda, məcburi müalicədən vaxtından əvvəl azad ediləcəklər.
Qeyd edək ki, indiyə qədər bu müddət - 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda, məcburi müalicədən vaxtından əvvəl azad edilə bilərdilər.