Mütəxəssis-genetik: "Buzovnada hər 60 yenidoğulmuş oğlan uşağından 1-i hemofiliyalı olur"

Mütəxəssis-genetik: "Buzovnada hər 60 yenidoğulmuş oğlan uşağından 1-i hemofiliyalı olur" Qobuda isə hər 100 nəfərdən 3-də Eylers-Danlos sindromu var
Sağlamlıq
229
7 Dekabr , 2016 17:38
Mütəxəssis-genetik: Buzovnada hər 60 yenidoğulmuş oğlan uşağından 1-i hemofiliyalı olur

Bakı. 7 dekabr. REPORT.AZ/ "Eylers-Danlos sindromu dünyada hər 50 mindən bir nəfərdə aşkar olunursa, Qobuda hər 100 nəfərdən 3-də bu sindrom var. Bunun heç bir patologiyası yoxdur, yəni dəri hüceyrəsində problemlər olur".

"Report" xəbər verir ki, bunu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin mütəxəssis-genetiki Elxan Rəsulov deyib.

O bildirib ki, Şəki, Oğuz, Qəbələdə Q6FD defisitinin (Qlükoza – 6 fosfat dehidrogenaza ) çatışmazlığı 20-23, Lənkəran-Astarada isə 9-36 % arasındadır: "Bu, ölkə ərazisində talassemiya ilə yanaşı müşahidə olunan xəstəliklər sırasında çoxluq təşkil edir. Buzovna qəsəbəsində isə hemofiliyalı xəstələrə daha çox rast gəlinir. Belə ki, burada hər 60 yenidoğulmuş oğlan uşağından 1-də hemofiliyadır".

Mütəxəssis-genetik qeyd edib ki, əgər hamiləliyin 1-ci ayında düşük olarsa, onun 80%-də xromosom patologiyası var. Birinci 3 ayında düşüklər yoxlansa bu rəqəm 60%, ikinci 3 aylığında 20%, üçüncü 3 aylığında 8% olacaq: "Təxminən 2-4% doğulan uşaqlarda hər hansı bir genetik çatışmazlıq var. Hər birimiz 4-5 irsi xəstəliyin daşıyıcısıyıq. Ona görə qohum nikahda 23-30 dəfə risklər artır".

"Hazırda tibb elminə 6 minə yaxın iris xəstəlik məlumdur. Onların hər birinin tibbi laboratoriyası aparılır və müayinə olunur. Bura xromosom, gen təbiətli və multifakterial xəstəliklər daxildir. Genetik xəstəliklərin xromosom səbəblərindən Daun, Edvard və Patau sindromu əsasən müşahidə edilir. Çox vaxt ailədə Daun sindromunu olduqda bunu qohumluqla əlaqələndirirlər. Ancaq onun bununla əlaqəsi yoxdur. Qadının yaşı 35-dən yuxarı olanda risk 10 dəfə, 40-dan yuxarı olanda 100 dəfə artır" - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi