Mütəxəssis: "COVID-19-un ana südü ilə ötürülməsi halı aşkarlanmayıb"

Mütəxəssis: "COVID-19-un ana südü ilə ötürülməsi halı aşkarlanmayıb" Bu günədək, aktiv COVID-19 (infeksiyaya səbəb olan virus) virusunun ana südü və əmizdirmə vasitəsilə ötürülməsi halı aşkar edilməyib.
Sağlamlıq
24 oktyabr 2022 08:36
Mütəxəssis: COVID-19-un ana südü ilə ötürülməsi halı aşkarlanmayıb

Bu günədək aktiv COVID-19 (infeksiyaya səbəb olan virus) virusunun ana südü və əmizdirmə vasitəsilə ötürülməsi halı aşkar edilməyib.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-ginekoloq Şəymən Qədimova deyib.

O bildirib ki, bu səbəbdən koronavirusa yoluxmuş anaya süd vermək əks-göstəriş deyil: "Bəzi araşdırmaların nəticələrinə görə, koronavirus infeksiyası şəxsin orqanizmində simptomsuz cərəyan edə bilər. Ola bilsin ki, anada COVID-19 infeksiyasının olması bətndaxili infeksiyaya gətirib çıxara bilir ki, bu da körpədə koronavirus infeksiyasının yaranmasına səbəb ola bilər. Eyni zamanda, koronavirus infeksiyasının anadan uşağa keçmə riski nisbətən aşağıdır. Çünki ciftin qoruyucu funksiyası infeksiyanın anadan dölə keçməsinin müəyyən qədər qarşısını ala bilər".

Son xəbərlər

Orphus sistemi