Moskvada son bir gündə 49 nəfər COVID-19-dan öldü

Moskvada son bir gündə 49 nəfər COVID-19-dan öldü Rusiyanın paytaxtı Moskvada son 24 saat ərzində daha 49 koronavirus xəstəsi dünyasını dəyişib.
Sağlamlıq
20 Oktyabr , 2020 00:36
Moskvada son bir gündə 49 nəfər COVID-19-dan öldü

Rusiyanın paytaxtı Moskvada son 24 saat ərzində daha 49 koronavirus xəstəsi dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, yeni növ virusdan ölənlərin sayı 6 min 58 nəfərə çatıb.

Qeyd edək ki, bir gün əvvəl Moskvada 51 nəfərin öldüyü bildirilib.

Son xəbərlər

Orphus sistemi