Moskvada son sutka ərzində koronavirusdan 11 nəfər dünyasını dəyişib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, yeni növ virusdan ölənlərin sayı 4 698 nəfərə çatıb.
Qeyd edək ki, bir gün əvvəl Moskvada 10 nəfərin öldüyü bildirilib.