Mingəçevirdə ilk dəfə qapalı yolla öd kisəsi əməliyyatı aparılıb

Mingəçevirdə ilk dəfə qapalı yolla öd kisəsi əməliyyatı aparılıb Sabah daha iki xəstə üzərində müasir üsulla öd kisəsi əməliyyatı həyata keçiriləcək
Sağlamlıq
24 May , 2017 19:31
Mingəçevirdə ilk dəfə qapalı yolla öd kisəsi əməliyyatı aparılıb

Mingəçevir. 24 may. REPORT.AZ/ Mingəçevir şəhərində ilk dəfə qapalı yolla öd kisəsi əməliyyatı aparılıb.

“Report”un Şirvan bürosunun verdiyi məlumata görə, bundan sonra laporaskopik öd kisəsi əməliyyatları üçün Mingəçevir və ona bitişik bölgə sakinlərinin harasa üz tutmasına ehtiyac yoxdur. Xəstəxana bu əməliyyat üçün lazım olan müasir tibbi avadanlıqla təmin olunub. Mütəxəssislər praktik təkmilləşdirmə kursu keçiblər. 

Bu gün 40 yaşlı mingəçevirli xəstə xanım üzərində aparılmış ilk lakoraskopik cərrahiyyə əməliyyatı uğurla başa çatıb. Öd kisəsi əməliyyat olunmuş xəstənin durumu normaldır. Qapalı yolla gerçəkləşən əməliyyat təcrübəli cərrah İlham Dumanov tərəfindən aparılıb. Sabah daha iki xəstə üzərində müasir üsulla öd kisəsi əməliyyatı həyata keçiriləcək. 

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi müəssisəsində qarşıdakı dövrdə bir sıra digər tibbi yeniliklərin də tətbiq olunacağı bildirilir.

Son xəbərlər

Orphus sistemi