Milli Onkologiya Mərkəzinə yeni status verilib

Milli Onkologiya Mərkəzinə yeni status verilib Bununla bağlı Mərkəzlə Belçikanın "Orfit Industries" şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb
Sağlamlıq
26 Yanvar , 2015 15:19
Milli Onkologiya Mərkəzinə yeni status verilib

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə Belçikanın dünyada şüa müalicəsinin istifadəsində fiksəedici avadanlıqları layihələşdirən və istehsal edən “Orfit Industries” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. 

Nazirliyin mətbuat xdimətindən "Report"a verilən məlumata görə, bu sazişlə Milli Onkologiya Mərkəzinə rəsmi olaraq beynəlxalq tədris və sınaq mərkəzi statusu verilib.

İmzalanma mərasimində çıxış edən şirkətin prezidenti Steven Cuypers qeyd edib ki, beynəlxalq tədris və sınaq mərkəzi statusu ancaq ən müasir texnologiyalara, yüksək ixtisaslı kadrlara, xəstələrin müayinə və müalicəsində böyük təcrübəyə malik olan, beynəlxalq müalicə standartlarını həyata keçirən klinikalara verilir.

Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev rəhbərlik etdiyi klinikada qısa müddətdə onkoloji xəstələrə göstərilən tibbi xidmətin Qərb standartlarına cavab verən keyfiyyət göstəricilərinə qədər yüksəlməsini Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasətin bariz nümunəsi kimi qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi