Milli Məclisin deputatı peyvənd olunub

Milli Məclisin deputatı peyvənd olunub “Hazırda özümü yaxşı hiss edirəm”
Sağlamlıq
256
8 Fevral , 2021 17:44
Milli Məclisin deputatı peyvənd olunub
Fəzail Ağamalı

“Bu gün könüllü şəkildə qeydiyyatda olduğum poliklinikaya gedərək COVID-19-a qarşı peyvənd olundum. Hazırda özümü yaxşı hiss edirəm”.

Bunu “Report”a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O bildirib ki, ikinci doz peyvəndi martın 6-da vurduracaq: “Digər vətəndaşlarımıza da peyvənd olunmağı tövsiyə edirəm”.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiyaya start verilib. Bu gündən etibarən isə Azərbaycanda yaşı 65-dən yuxarı olan şəxslərin peyvəndlənməsinə başlanılıb.

Xatırladaq ki, F.Ağamalının 74 yaşı var.

Son xəbərlər

Orphus sistemi