Səhiyyə Nazirliyi: Meymunun dişlədiyi Britaniya vətəndaşı ambulator müalicə alır

Səhiyyə Nazirliyi: Meymunun dişlədiyi Britaniya vətəndaşı ambulator müalicə alır Səhiyyə Nazirliyi Bakıda meymunun dişlədiyi Böyük Britaniya vətəndaşının durumu barədə məlumat yayıb.
Sağlamlıq
26 Sentyabr , 2019 11:16
Səhiyyə Nazirliyi: Meymunun dişlədiyi Britaniya vətəndaşı ambulator müalicə alır

Səhiyyə Nazirliyi Bakıda meymunun dişlədiyi Böyük Britaniya vətəndaşının durumu barədə məlumat yayıb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, ötən gün saat 21:11-də 58 yaşlı Böyük Britaniya vətəndaşı sol saidin dişlənmiş yarası diaqnozu ilə Təcili Tibbi Yardıma müraciət edib. 

"Həkimlər onu 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıblar. Kliniki Tibbi Mərkəzdən aldığımız məlumata görə, Böyük Britaniya vətəndaşının yarası işləndikdən sonra ona zərdab vurulub. Hazırda ambulator müalicə alır. 

Yaralı həkimlərə meymun tərəfindən dişləndiyini deyib", - nazirlikdən bildirilib. 

Son xəbərlər

Orphus sistemi