Mərkəzi Klinik Xəstəxana: Meyxanaçı Kərimin vəziyyəti hazırda yaxşıdır

Mərkəzi Klinik Xəstəxana: Meyxanaçı Kərimin vəziyyəti hazırda yaxşıdır Şöbə müdiri: "O, reanimasiya şöbəsindədir"
Sağlamlıq
235
5 Aprel , 2017 17:32
Mərkəzi Klinik Xəstəxana: Meyxanaçı Kərimin vəziyyəti hazırda yaxşıdır

Bakı. 5 aprel. REPORT.AZ/ Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən meyxanaçı Kərimin (Kərim Novruzov) vəziyyəti hazırda yaxşıdır.

Bu barədə "Report"a açıqlamasında xəstəxananın Reanimasiya şöbəsinin müdiri Vüqar Abdulkərimov məlumat verib.

O bildirib ki, meyxanaçı hazırda xəstəxananın reanimasiya şöbəsindədir: "Kərim Novruzov insult keçirib. Xəstəxanaya gələndəki vəziyyəti ilə indiki durumu arasında müsbətə doğru irəliləyiş var".

V.Əbdülkərimovun sözlərinə görə, K.Novruzovun əməliyyat olunması gözlənilmir.

Qeyd edək ki, K.Novruzov 1964-cü ildə Maştağada anadan olub.

Son xəbərlər

Orphus sistemi