Media nümayəndələri hepatoloji müayinədən keçiblər

Media nümayəndələri hepatoloji müayinədən keçiblər Bakı. 20 iyul. REPORT.AZ/ “22 iyul – Azərbaycan Respublikası Milli Mətbuat və Jurnalistika Günü” və “28 iyul – Ümumdünya Hepatitlə Mübarizə Günü” münasibətilə Səhiyyə Nazirliyinin dəstəyi ilə iyulun 20-də ölkənin aparıcı media qurumlarının nümayəndələri Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) qastroenteroloq-hepatoloqun konsultasiyasından, həmçinin hepatit B və C-yə görə testdən ödənişsiz olaraq keçiblər.
Sağlamlıq
20 İyul , 2018 15:46
Media nümayəndələri hepatoloji müayinədən keçiblər
0 : 00
0 : 00

Bakı. 20 iyul. REPORT.AZ/ “22 iyul – Azərbaycan Respublikası Milli Mətbuat və Jurnalistika Günü” və “28 iyul – Ümumdünya Hepatitlə Mübarizə Günü” münasibətilə Səhiyyə Nazirliyinin dəstəyi ilə iyulun 20-də ölkənin aparıcı media qurumlarının nümayəndələri Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) qastroenteroloq-hepatoloqun konsultasiyasından, həmçinin hepatit B və C-yə görə testdən ödənişsiz olaraq keçiblər.

"Report" xəbər verir ki, müayinə “Türkiyə Qastroenteroloji Dərnəyi”nin fəxri üzvü, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkim-qastroenteroloq-hepatoloqu Cəmil Kamilli tərəfindən aparılıb. C.Kamilli müsahibəsində əhalini qaraciyərə zərər yetirən hepatitlərlə mübarizə aparmağa, sağlamlığın qayğısına vaxtında qalmağa çağırıb. Həmçinin iyulun 25-27-də Respublika Müalicəvi Diaqnostika Mərkəzində əhali üçün keçiriləcək hepatoloji kampaniyada hər kəsi fəal olmağa çağırıb. Məlumat verib ki, kampaniyada iştirak edənlər pulsuz həkim-hepatoloqun konsultasiyasını alacaq və həkim tərəfindən təyin olunan laborator müayinələrə 20% endirimdən faydalanacaqlar.

Son xəbərlər

Orphus sistemi