“Qadınlar hamiləlik müddətində ən azı 7 dəfə həkim müayinəsindən keçməlidirlər”.
“Report” xəbər verir ki, bunu həkim mama-ginekoloq Aynurə İsmayılova deyib.
O bildirib ki, hər müraciət zamanı hamilə qan, sidik analizi verməli, laxtalanmaya dair müayinələr aparılmalıdır:
“Qadın hamiləlik müddətində ən azı 3 dəfə ultrasəs müayinəsindən də keçməlidir”.