Lənkəranda şadlıq sarayının sahibi cərimələndi

Lənkəranda şadlıq sarayının sahibi cərimələndi AQTA-nın Lənkəran şəhəri, Mamutsa kəndi ərazisində fəaliyyət göstərən "Kral” şadlıq sarayında keçirdiyi baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.
Sağlamlıq
1862
24 İyul , 2021 12:31
Lənkəranda şadlıq sarayının sahibi cərimələndi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Lənkəran şəhəri, Mamutsa kəndi ərazisində fəaliyyət göstərən "Kral” şadlıq sarayında keçirdiyi baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.

AQTA-dan "Report"a verilən məlumata görə, yoxlama zamanı həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.

Son xəbərlər

Orphus sistemi