Nazirlik: Lənkəranda qəzada xəsarət alan qadın Bakıya gətirilərək əməliyyat olunub, vəziyyəti ağırdır

Nazirlik: Lənkəranda qəzada xəsarət alan qadın Bakıya gətirilərək əməliyyat olunub, vəziyyəti ağırdır Səhiyyə Nazirliyi Lənkəranda baş verən yol nəqliyyat hadisəsində xəsarət alanların son vəziyyəti ilə bağlı məlumat yayıb.
Sağlamlıq
30 Avqust , 2019 09:43
Nazirlik: Lənkəranda qəzada xəsarət alan qadın Bakıya gətirilərək əməliyyat olunub, vəziyyəti ağırdır

Səhiyyə Nazirliyi Lənkəranda baş verən yol nəqliyyat hadisəsində xəsarət alanların son vəziyyəti ilə bağlı məlumat yayıb.

Nazirlikdən “Report”a bildirilib ki, Lənkəran Mərkəzi Rayon Xəstəxanasında hazırda 4 nəfərin müalicəsi davam edir.

Qeyd olunub ki, yaralıların vəziyyəti orta-ağır sabit qiymətləndirilir: “Vəziyyəti ağır qiymətləndirilən və reanimasiya şöbəsinə yerləşdirilən 42 yaşlı qadın isə sanaviasiya ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına çatdırılıb. Xəstə dərhal əməliyyat olunub. Vəziyyəti ağır olaraq qalır”.

Son xəbərlər

Orphus sistemi