Lənkəranda koronavirusla mübarizə tədbirləri gücləndirildi

Lənkəranda koronavirusla mübarizə tədbirləri gücləndirildi Lənkəranda koronavirusla mübarizə tədbirləri gücləndirilib.
Sağlamlıq
26 Mart , 2020 17:05
Lənkəranda koronavirusla mübarizə tədbirləri gücləndirildi

Lənkəranda koronavirusla mübarizə tədbirləri gücləndirilib.

"Report"un Cənub Mərkəzinin verdiyi məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə, eləcə də Lənkəran Şəhər İcra Hakimiyyətinin tərtib etdiyi qrafikə əsasən, gücləndirilmiş iş rejimində çalışan Gigeyina və Epidemiologiya Mərkəzinin Lənkəran şöbəsinin əməkdaşlarından əlavə, Rayon Mənzil İstismarı və Kommunal Müəssisələri, Yaşıllaşdırma və Mənzil Təsərrüfatı idarələrinin əməkdaşları kütləvi dezinfeksiya işlərinə cəlb olunublar.

Bu günə qədər Lənkəran şəhərinin 37 prospekt, küçə və xiyabanları xüsusi texnikalarla yuyularaq dezinfeksiya edilib. Şəhər ərazisindəki səkilər, park və meydanlar dezinfeksiyaedici məhlullarla yuyulub. 

Bundan başqa, şəhər ərazisində yerləşən 70-ə yaxın çoxmənzilli yaşayış binasının həyətləri, binaların girişləri və liftləri dezinfeksiya olunub və mütəmadi xüsusi dərman preparatları ilə yuyulur.

Şəhər və kəndlərarası ictimai nəqliyyat vasitələri də gündəlik dezinfeksiya olunandan sonra xəttə buraxılır.

Tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərlə yanaşı, Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yerli sakinlərlə mütəmadi olaraq Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələri əsasında koronavirusun simptomları və onun yayılmasının qarşısının alınması yollarına dair məlumatlandırma və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri barədə təbliğat işləri aparılır.

Qeyd edək ki, Lənkəranda koronavirusla mübarizə tədbirləri karantin müddəti bitənədək davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi