Lənkəran YUNESCO-nun yaradıcı şəhərlər siyahısına salına bilər

Lənkəran YUNESCO-nun yaradıcı şəhərlər siyahısına salına bilər Lənkəran YUNESCO-nun yaradıcı şəhərlər siyahısına salına bilər.
Sağlamlıq
15 Oktyabr , 2021 15:50
Lənkəran YUNESCO-nun yaradıcı şəhərlər siyahısına salına bilər

Lənkəran YUNESCO-nun yaradıcı şəhərlər siyahısına salına bilər.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, bunu Lənkəranda təşkil olunan “Azərbaycanın Cənub bölgəsinin mətbəx mədəniyyəti” adlı elmi-praktik konfransda Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov bildirib. Həmçinin qeyd edib ki, Lənkəran mətbəxi haqqında kitab nəşr olunacaq. Kitaba bu sahə üzrə alimlərin məqalələri daxil ediləcək və ingilis dilinə tərcümə olunacaq. Foto və video linklər şəklində YUNESCO-ya təqdim ediləcək. Bu istiqamətdə hazırlıq işləri görülür.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Lənkəran Dövlət Universitetinin birgə reallaşdırdığı elmi praktik konfransda “Lənkəran mətbəxinin səciyyəvi cəhətləri”, “Cənub mətbəxinin kulinariya turizminin inkişafına təsiri”, “Lənkəran-Astara bölgəsi mətbəxinin etnoqrafik xüsusiyyətləri” mövzularında çıxışlar edilib. Qeyd edilib ki, belə kulinariya festivallarının təşkili milli kulinariyamızın təbliğində çox önəmlidir.

İştirakçıların diqqətinə çatdırıldı ki, Lənkəran Dövlət Universitetində Qida təhlükəsizliyi laboratoriyası fəaliyyət göstərir. Qida təhlükəsizliyi üzrə magistr, Şərabçılığın Texnologiyası üzrə bakalavr səviyyəsində təhsil imkanları yaradılıb.

Həmçinin çıxışlarda “Azərbaycanda balıqçılığın mətbəx ənənələrinin formalaşmasında təsiri”, “Lənkəranda çay mədəniyyətinin etnoqrafik xüsusiyyətləri"ndən danışıldı.

Cənub bölgəsində fəaliyyət göstərən bir sıra restoran və xidmət sahələri üzrə xüsusi stendlər nümayiş olunub. Uşaq Rəsm Məktəbi şagirdlərinin milli mətbəximizi əks etdirən əl işləri nümayiş edilib. İştirakçılara yerli çay məhsulundan dəmlənmiş çay və digər təamlar təqdim olunub. Kulinariya üzrə ekspertlər təamları qiymətləndiriblər.

Sərgilənən məhsullar arasında diqqət çəkən daha bir məqam “Qarabağ” çay kolleksiyası olub. İstehsalçı sahibkar Araz Yaqubov bu çay dəstgahının Müzəffər Ordumuzun qələbəsi şərəfinə hazırlandığını, “Zəfər bayramı” münasibətilə “İrəvan Xanlığı” kolleksiyasının hazırlanacağını qeyd edib.

Festivalda iştirakçılar mükafatlandırılıb və fəxri fərmanlarla təltif olunublar.

Son xəbərlər

Orphus sistemi