Laboratoriya müdiri: "Xüsusi təhlükəli infeksiyalar arasında taun birinci yerdədir"

Laboratoriya müdiri: "Xüsusi təhlükəli infeksiyalar arasında taun birinci yerdədir" Azərbaycanda bu ilin 4 ayı ərzində kəskin bağırsaq infeksiyası, qida zəhərlənməsi faktı qeydə alınan 236 xəstə müayinə edilib
Sağlamlıq
12 May , 2016 12:20
Laboratoriya müdiri: Xüsusi təhlükəli infeksiyalar arasında taun birinci yerdədir

Bakı. 12 may. REPORT.AZ/ "Xüsusi təhlükəli infeksiyalar arasında taun birinci yerdədir. Azərbaycanda taun xəstəliyinin 3 təhlükəli ocağı qeydə alınıb. Bunlardan birincisi Qafqazın düzənlik-dağətəyi ərazisi, ikincisi Qafqazın yüksək dağlıq ərazi, üçüncüsü isə Arazyanı ocaqdır".

"Report"un məlumatına görə, bunu Respublika Taun Əleyhinə stansiyanın laboratoriya müdiri Musa Cahanov qurumda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu ocaqlarda vaxtilə gəmiricilər arasında epidemioloji hallar aşkar edilir: "Qafqazın düzənlik-dağətəyi ocağında yaz və payız aylarında epidemioloji müayinələr aparılır. Bu ilin aprel ayında Qafqazın düzənlik-dağətəyi ocağının Abşeron yarımadasında epidemioloji müayinələr aparılıb. 80 gəmirici və 500-dən artıq birələr laborator müayinədən keçirilib. Müayinələr nəticəsində taun kökləri aşkar edilməyib".

Stansiya rəsmisi qeyd edib ki, 1987-ci ildən başlayaraq bu ocaqda gəmiricilər arasında taun epizootik vəziyyət qeydə alınmayıb: "Azərbaycan ərazisində XI əsrdə taunla bağlı alovlanma qeydə alınıb.

Azərbaycanda bu ilin 4 ayı ərzində kəskin bağırsaq infeksiyası, qida zəhərlənməsi faktı qeydə alınan 236 xəstə müayinə edilib. Müayinələr nəticəsində vəba törədicisi aşkar edilməyib".

Son xəbərlər

Orphus sistemi