Hande Harmancı: "Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılması 12-14 faiz təşkil edir"

Hande Harmancı: "Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılması 12-14 faiz təşkil edir" Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılması 12-14 faiz təşkil edir.
Sağlamlıq
30 oktyabr 2019 07:21
Hande Harmancı: Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılması 12-14 faiz təşkil edir

"Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılması 12-14 faiz təşkil edir".

"Report" xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O qeyd edib ki, bu, olduqca aşağı rəqəmdir və bununla bağlı ciddi tədbirlər görülməlidir.

Onun sözlərinə görə, körpələrin ana südü ilə qidalandırılması faizinin artmasına yönəlik addımlar atılmalıdır.

Azərbaycanın iqtisadi baxımından orta və yüksək səviyyəli ölkələr sırasında olduğunu diqqətə çatdıran Hande Harmancı bildirib ki, inkişaf edən ölkələrdə körpə ölümləri hər min diri doğulan üçün 9-10 əmsalındadır, amma Azərbaycanda bu göstərici 19-dur: "Ana ölümlərində də rəqəmlər iqtisadi baxımdan eyni səviyyədə olan ölkələrlə müqayisədə yuxarıdır".

ÜST rəsmisi əlavə edib ki, əgər problemlərin səbəbləri bilinsə, onun qarşısı vaxtında alına bilər: "Bir ana doğuş zamanı qarşısı alına bilən qanaxmadan ölürsə, bu, ciddi problemdir. Hər bir ölkədə, o cümlədən Azərbaycanda da ana ölümlərini araşdıran qurumlar var. Lakin vəziyyəti yaxşılaşdırmaq üçün daha çox işlər görülməlidir".

Son xəbərlər

Orphus sistemi