Körpələrdə neonatal xolestazların fəsadları açıqlanıb

Körpələrdə neonatal xolestazların fəsadları açıqlanıb “Neonatal xolestaz (öd kisəsinin mayesinin xaric edilməsində çatışmazlıq) həyatın ilk ayında başlayır. Nadir hallarda üç aya qədər davam edir. Düz bilirubin artması ilə özünü göstərən patoloji haldır”.
Sağlamlıq
9 Dekabr , 2021 16:39
Körpələrdə neonatal xolestazların fəsadları açıqlanıb

“Neonatal xolestaz (öd kisəsinin mayesinin xaric edilməsində çatışmazlıq) həyatın ilk ayında başlayır. Nadir hallarda üç aya qədər davam edir. Düz bilirubin artması ilə özünü göstərən patoloji haldır”.

“Report” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov “Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi” mövzusunda keçirilən beynəlxalq elmi konqresdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, biliar atreziya diaqnozu mümkün olan ən qısa zamanda qoyulması vacibdir: “Müalicəsi cərrahiyyə yolu ilədir. Əməliyyat olunan xəstələrin bəzilərində yenə də sirroz əmələ gəlir və qaraciyər nəqli lazım olur”.

E.Rəhimov bildirib ki, neonatal xolestaza öd tıxacı sindromu, törəmələr, öd daşları və tozu səbəb ola bilər: “Bakteriyaların bir çoxu, eləcə də sidik yolu infeksiyası xolestaza səbəb olur. Kistoz fibroz neonatal və südəmər dövrdə daha çox mekonial tıxac və ya steatoriya ilə müşayiət olunan inkişaf geriliyi ilə özünü göstərir, müalicəsi kompleksdir. Doğuşdan dərhal sonra başlayan xolestaz və proqressiv qaraciyər yetərsizliyi riskini artırmış olur. Proqressiv ailə intrahepatik xolestaz neonatal xolestazların 10-15 %-ni təşkil edir və uşaqlarda qaraciyər nəqlin 15 %-i bu səbəbə bağlı olur. Neonatal dövrdə 2500-də bir xəstədə buna rast gəlinə bilər. İki həftədən daha uzun sarılığı davam edən bütün körpələrdən bilirubun fraksiyaları baxılmalıdır”.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neonatoloq Rüstəm Hüseynov isə vurğulayıb ki, ölkədə çox vaxt bu xəstəliyə qarşı müalicə üsulları düzgün aparılmır.

E.Rəhimov qeyd edib ki, bu xəstəliyə düçar olan yenidoğulanlara daha çox vitamin kompleksli dərmanlar verilməlidir.

Son xəbərlər

Orphus sistemi