Koronavirusun təhlükəli nəticəsi açıqlandı

Koronavirusun təhlükəli nəticəsi açıqlandı ABŞ alimləri böyüklərdə əvvəllər uşaqlarda rast gəlinən və COVID-19 ilə əlaqəli kəskin iltihab sindromunu aşkarlayıblar.
Sağlamlıq
4 Oktyabr , 2020 06:39
Koronavirusun təhlükəli nəticəsi açıqlandı

A alimləri böyüklərdə əvvəllər uşaqlarda rast gəlinən və COVID-19 ilə əlaqəli kəskin iltihab sindromunu aşkarlayıblar.

Report xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət Profilaktikası üzrə Mərkəzi bildirib.

COVID-19-dan sağalmış böyüklərdə uşaqlarda və yeniyetmələrdə koronavirusun ağırlaşması olan MIS-A iltihab sindromunun inkişaf edə biləcəyi qeyd olunur.

Kəskin tənəffüs xəstəlikləri olmayan xəstələrdə ürək və mədə-bağırsaq problemləri yaranıb. Söhbət aritmiya (ürəyin normal ritminin pozulması-red) və qarın ağrısından gedir.

Mütəxəssislər ABŞ və İngiltərədə 21-50 yaş arası xəstələrdə qeydə alınan 16 halı ətraflı izah ediblər. Xəstələrin hamısına aritmiya diaqnozu qoyulub. Qeyd edilir ki, on iki nəfərdə hərarət var və onlardan yalnız səkkizində tənəffüs simptomları mövcuddur. Nəticədə 10 xəstə reanimasiyaya yerləşdirilib, 2 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi