Koronavirusun "omikron" ştamının əsas simptomları açıqlanıb

Koronavirusun "omikron" ştamının əsas simptomları açıqlanıb Koronavirusun "omikron" ştamının simptomları qeyri-adi, lakin yüngüldür.
Sağlamlıq
1034
28 Noyabr , 2021 16:10
Koronavirusun omikron ştamının əsas simptomları açıqlanıb

Koronavirusun "omikron" ştamının simptomları qeyri-adi, lakin yüngüldür.

"Report" xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasından olan həkim Angeli Kutze "The Telegraph" nəşrinə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, bunlara güclü yorğunluq, sürətli ürək döyüntüsü, yüksək hərarət aiddir.

Yeni ştam özündə 32 mutasıyanı birləşdirir və bu səbəbdən təhlükəli sayılır.

Tədqiqatçıların fikrincə, SARS-CoV-2 genomunda yeni dəyişikliklər bu ştamın yüksək ötürücülüyünü və peyvəndə qarşı müqavimətini göstərir.

Son xəbərlər

Orphus sistemi