PA rəsmisi: "Koronavirusun ölkə daxilində yayılma tendensiyası gedir"

PA rəsmisi: "Koronavirusun ölkə daxilində yayılma tendensiyası gedir" Ölkədaxili karantinin miqyası genişlənməyə doğru gedir”.
Sağlamlıq
23 Mart , 2020 21:59
PA rəsmisi: Koronavirusun ölkə daxilində yayılma tendensiyası gedir

"Ölkədaxili karantinin miqyası genişlənməyə doğru gedir”.

"Report" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqində Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bu günə qədər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanda koronavirus idxal olunan bir xəstəlik kateqoriyasında gedirdi. Dövlətimiz tərəfindən preventiv şəkildə həyata keçirilən tədbirlərin bilavasitə nəticəsidir ki, son dövrə qədər Azərbaycan Respublikası bu kateqoriyada idi. Amma xəstəliyin yayılması tendensiyası onu göstərir ki, bu çox yayıcı və yoluxucu xüsusiyyətə malikdir. Ona görə də bu virusun ölkə daxilində yayılma tendensiyası gedir", - deyə Hikmət Hacıyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi