Koronavirusun daha təhlükəli növü aşkarlandı

Koronavirusun daha təhlükəli növü aşkarlandı Böyük Britaniyada koronavirusun mutasiya edilmiş daha bir variantı aşkarlanıb.
Sağlamlıq
2040
24 Dekabr , 2020 03:07
Koronavirusun daha təhlükəli növü aşkarlandı
0 : 00
0 : 00

Böyük Britaniyada koronavirusun mutasiya edilmiş daha bir variantı aşkarlanıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə krallığın Səhiyyə naziri Mett Henkok bildirib.

"Bu, daha yoluxucu virusdur və görünür, yeni virusdan daha çox mutasiya edib", - məmur jurnalistlərə deyib.

Nazirin sözlərinə görə, mütəxəssislər iki yoluxma halını qeydə alıblar. O, vurğulayıb ki, hər iki pasiyent Cənubi Afrika Respublikasından (CAR) gəlib.

London Cənubi Afrika ölkəsinə səfərlərə məhdudiyyətlər, iki həftəlik icbari karantin tətbiq edib.

Daha əvvəl – dekabrın 14-də Mett Henkok İngiltərənin şərqində koronavirusun yeni növünün aşkar edilməsi haqqında bildirib. Onun sözlərinə görə, bu növ 70 faiz daha çox yoluxucudur.

Qeyd edək ki, alimlər hələ xəstəliyin həmin növünün daha çox öldürücü və ya ağırlaşdırıcı olmasını təsdiq edən sübutlar tapmayıblar.

Son xəbərlər

Orphus sistemi