Türkiyəli professor: “Koronavirusdan qorunmaq üçün əlcək taxmaq yanlışdır”

Türkiyəli professor: “Koronavirusdan qorunmaq üçün əlcək taxmaq yanlışdır” “Koronavirus pandemiyasından qorunmaq üçün bir çox insanlar işə və ya alış-veriş etməyə gedərkən əlcək və maska taxmağı üstün tuturlar. Lakin əlcəklərdən istifadə qoruyucu deyil və virusun daha çox yayılmasına səbəb olur”.
Sağlamlıq
3804
28 Mart , 2020 14:17
Türkiyəli professor: “Koronavirusdan qorunmaq üçün əlcək taxmaq yanlışdır”

“Koronavirus pandemiyasından qorunmaq üçün bir çox insanlar işə və ya alış-veriş etməyə gedərkən əlcək və maska taxmağı üstün tuturlar. Lakin əlcəklərdən istifadə qoruyucu deyil və virusun daha çox yayılmasına səbəb olur”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu türkiyəli professor Ata Nevzat Yalçın deyib.

O, bunu əlcəyin əlin təmiz qalmasına mane olduğu ilə əsaslandırıb:

“Əlcəkdən istifadə hansısa yerdən götürülən virusu sonradan toxunulan hər yerə yayılması riskini artırmış olur. Əlcəklərin üzərində virus uzun müddət qala bilər. Əlcək istifadəsi yanlış qoruyucu vasitə növüdür. Virusa tutulmamaq üçün fərdi gigiyenaya diqqət yetirmək əsasdır. Əlcəklərdən yalnız tibb işçiləri istifadə etməlidir. Çünki şübhəli xəstələrlə onlar daha çox təmasda olur”.

Son xəbərlər

Orphus sistemi