Koronavirusa yoluxan tanınmış həkimin vəziyyəti yaxşılaşıb, süni komadan ayılıb

Koronavirusa yoluxan tanınmış həkimin vəziyyəti yaxşılaşıb, süni komadan ayılıb Koronavirusa yoluxmuş cərrah Niyazi Eminovun vəziyyəti yaxşılaşmağa doğru gedir.
Sağlamlıq
29 sentyabr 2021 08:12
Koronavirusa yoluxan tanınmış həkimin vəziyyəti yaxşılaşıb, süni komadan ayılıb
Niyazi Eminov
0 : 00
0 : 00

Koronavirusa yoluxan tanınmış cərrah Niyazi Eminovun vəziyyəti yaxşılaşmağa doğru gedir.

Bu barədə “Report”a onun yaxınları məlumat verib.

Bildirilib ki, həkimlər N.Eminovu süni komadan ayıldıblar: “Niyazi Eminovun vəziyyəti yaxşılaşmağa doğru gedir. Uzun fasilədən sonra ailəsi ilə əlaqə saxlayıb, danışıblar”.

Qeyd edək ki, N.Eminov bir müddət əvvəl COVID-19-a yoluxub. Vəziyyəti ağır olduğuna görə süni tənəffüs aparatına qoşulmuşdu. O, əvvəlcə "Yeni Klinika"da müalicə olunub. Daha sonra Mərkəzi Gömrük Hospitalına köçürülüb.

Son xəbərlər

Orphus sistemi