Koronavirus vaksini Azərbaycana mərhələli şəkildə gətiriləcək

Koronavirus vaksini Azərbaycana mərhələli şəkildə gətiriləcək Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin Azərbaycana mərhələli şəkildə gətirilməsi nəzərdə tutulub.
Sağlamlıq
18 Yanvar , 2021 12:45
Koronavirus vaksini Azərbaycana mərhələli şəkildə gətiriləcək
0 : 00
0 : 00

Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin Azərbaycana mərhələli şəkildə gətirilməsi nəzərdə tutulub.

“Report” xəbər verir ki, adıçəkilən vaksin ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

Son xəbərlər

Orphus sistemi