"Koronavirus.az" domeni alındı

"Koronavirus.az" domeni alındı Bu gün Azərbaycanda koronavirus.az adlı domen rəsmi şəkildə alınıb.
Sağlamlıq
12 Mart , 2020 16:29
Koronavirus.az domeni alındı
phyrs.org

Bu gün Azərbaycanda "koronavirus.az" adlı domen rəsmi şəkildə alınıb.

“Report”un xəbərinə görə, domeni Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov əldə edib.

Məsələ ilə bağlı “Report”a açıqlama verən N.Seyidov bildirib ki, ictimaiyyət üçün məlumat portalı hazırlanır:

“Koronavirus.az" domeni də onun üçün əldə edilib. Domenin alınması şəxsi təşəbbüsümdür. Səbəbi portal yaradılarkən domen axtarışlarına zaman itirilməməsidir. Bəzən kimsə lazım olan domeni alır və biz qalırıq domensiz”.

Son xəbərlər

Orphus sistemi