Könül Nurullayeva: “Müharibə şəraitində koronavirusla mübarizə həm də Ordumuza dəstəkdir”

Könül Nurullayeva: “Müharibə şəraitində koronavirusla mübarizə həm də Ordumuza dəstəkdir” "Azərbaycanda son sutkada 369 nəfərin COVID-19-a yoluxması ciddi siqnaldır. Artıq son 2 həftədə virusa yoluxma sayı ən azı 2 dəfə artıb. Sağalma sayı ilə yoluxma arasında dinamika mənfi istiqamətə dəyişməkdədir. Bu isə o deməkdir ki, yay aylarında ölkəmiz
Sağlamlıq
14 Oktyabr , 2020 19:12
Könül Nurullayeva: “Müharibə şəraitində koronavirusla mübarizə həm də Ordumuza dəstəkdir”
Könül Nurullayeva

"Azərbaycanda son sutkada 369 nəfərin COVID-19-a yoluxması ciddi siqnaldır. Artıq son 2 həftədə virusa yoluxma sayı ən azı 2 dəfə artıb. Sağalma sayı ilə yoluxma arasında dinamika mənfi istiqamətə dəyişməkdədir. Bu isə o deməkdir ki, yay aylarında ölkəmizdə müşahidə olunan gərgin vəziyyət yenidən qayıda bilər. Nəzərə almaq lazımdr ki, karantin rejimi noyabr ayının 2-nə qədər davam edəcək, eyni zamanda artıq Sabirabad və Şəkidə lokal məhdudiyyətlər tətbiq olunur. Halbuki ölkəmizdə virusun ən kəskin yayıldığı vaxtlarda Şəki ən təhlükəsiz, ən az yoluxmanın qeydə alındığı ərazi idi. Yəni artıq yeni yoluxma ocaqlarının olması vəziyyətin ciddiliyini və təhlükənin miqyasının artdığını göstərir".

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Onun sözlərinə görə, mütəxəssislər də həyəcan təbili çalaraq bildirirlər ki, payız-qış aylarında respirator xəstəliklərin aktivləşdyini nəzərə alaraq, məsələyə daha ciddi yanaşmalı, virusdan qorunmaq üçün bütün qaydalara əməl olunmalıdır:

"İndiki həssas məqamda – Dağlıq Qarabağda hərbi əməliyyatlar fonunda koronavirusla mübarizə ön cəbhəyə ən böyük dəstəkdir. Hərbçilərimizin sıravi vətəndaşlarla bu və ya digər səbəbdən təmasda olduğunu nəzərə alaraq, koronavirus xəstələrinin bu virusu cəbhəyə ötürməsi hər an baş verə bilər. Bu mənada hər bir vətəndş üzərinə düşən məsuliyyətini dərk etməlidir. İndiki müharibə vəziyyətində koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm də güclü əsgər deməkdir. Yəni koronavirusla mübarizə bizim üçün strateji əhəmiyyətə malik məsələdir. Sosial məsuliyyətimizi artırmaqla, ilk növbədə, özümüzü, hərbçilərimizi, nəticə etibarı ilə isə dövlətimizi və cəmiyyətimizi qorumuş olarıq".

Son xəbərlər

Orphus sistemi