Kliniki Tibbi Mərkəzə dərmandan zəhərlənməyə görə gətirilən uşaqların sayı açıqlanıb

Kliniki Tibbi Mərkəzə dərmandan zəhərlənməyə görə gətirilən uşaqların sayı açıqlanıb Zəhərlənən uşaqlar arasında ölüm halları baş versə də, bu say az olur
Sağlamlıq
7 Sentyabr , 2017 20:44
Kliniki Tibbi Mərkəzə dərmandan zəhərlənməyə görə gətirilən uşaqların sayı açıqlanıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə il ərzində dərmandan zəhərlənməyə görə gətirilən uşaqların sayı açıqlanıb. 

"Report" xəbər verir ki, şöbənin müdiri Azər Maqsudov il ərzində təxminən 120-140 uşağın dərmandan zəhərləndiyini qeyd edib. 

O bildirib ki, dərmandan zəhərlənən uşaqlar arasında ölüm halları baş versə də, bu say az olur: "Çox zaman evdə nəzarətin olmasına baxmayaraq, uşaqlar imkan tapıb dərmanları qəbul edirlər. Onlar, adətən, nənə-babalarının dərmanlarını qəbul edirlər. Bu dərmanlar da, əsasən, qan laxtalanmasına, təzyiqə qarşı olur. İndi dərmanların çoxu rəngbərəng, dadı isə şirin olduğundan uşaqlar onalara maraq göstərir və içirlər. Yaxsı olar ki, dərmanlar uşaqların əllərinin çatmadığı yerlərdə qoyulsun".

Bəzən uşaqların sirkə turşusu da içdiyini deyən A.Maqsudov bildirib ki, sirkə turşusunu, əsasən, 25-40 yaşlılar və yaşı 60-dan çox olanlar qəbul edirlər. Ümumilikdə sirkə turşusu içənlərin 40 faizi buni sui-qəsd, qalanları isə affekt vəziyyətində, bəziləri isə qorxutmaq məqsədilə qəbul edir: "2 xörək qaşığı sirkə turşusu ölümcül sayılır. Lakin elə olur ki, az dozada sirkə turşusu içən xəstə də dünyasını dəyişir, yüksək dozada sirkə içən xəstəni isə xilas etmək mümkün olur. Bu, əsasən, sirkə qəbulu nəticəsində yaranan fəsadların dərəcəsindən asılıdır".

Son xəbərlər

Orphus sistemi