Keçən il Azərbaycanda 5 nəfər "Honkonq qripi"nə yoluxub

Keçən il Azərbaycanda 5 nəfər "Honkonq qripi"nə yoluxub Həqiqət Qədirova: "Virus epidemiya halına keçmədiyindən sıçrayış baş vermədi"
Sağlamlıq
109
27 Mart , 2017 17:04
Keçən il Azərbaycanda 5 nəfər Honkonq qripinə yoluxub
Report.az

Bakı. 27 mart. REPORT.AZ/ “Ötən il Azərbaycanda “Honkonq qripi” ilə bağlı 5 hal təsdiq edilib”.

“Report” xəbər verir ki, bunu V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Həqiqət Qədirova deyib.

Onun sözlərinə görə, bütün dünyada ən çox xəstlənmə halları qrip və kəskin respirator virus infeksiyaları ilə bağlıdır: “Zamanla qrip infeksiyaları arasında mutasiya nəticəsində yeni qrip virusları - ştamlar yaranır. Keçən ilin də yeni qrip virusu “Honkonq” idi”.

H.Qədirova qeyd edib ki, adıçəkilən virusa yoluxan xəstələr dərhal institutun xüsusi şöbəsinə daxil olub: “Orada həmin xəstələrdən müayinələr götürülərək Taun Əleyhinə Stansiyaya göndərildi. İnstitutdan 2, digər poliklinikalardan isə 3 xəstədən götürülən müayinə nəticəsində təsdiq edildi ki, onlarda “Honkonq qripi” virusu var. Virus epidemiya halına keçmədiyindən sıçrayış baş vermədi. Yəni bu virus adi mövsümi qrip formasında ötüşdü və kəskin problem meydana çıxmadı. Ancaq bir məqamı bilmək lazımdır ki, hər bir asqırma və ya öskürmə qrip demək deyil. Burada Adena, respirator virus və digər hallar da ola bilər”.

Son xəbərlər

Orphus sistemi